Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ingiliscə: SOCAR) – dünyanın ən böyük milli neft şirkətlərindən biridir. SOCAR  Azərbaycan ərazisindəki   neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının,   qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur.

  O, təhsilin inkişafı üçün də böyük dəstək göstərir. SOCAR-ın maliyyə vəsaiti hesabına respublikanın müxtəlif regionlarında bir sıra yeni orta məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. O eyni zamanda Bakı Fransız Liseyi Təhsil Kompleksi kimi beynəlxalq məktəblərin  tikilməsində də böyük   rol oynayıb.

  Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə   aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.

  Fondun əsas məqsədi Azərbaycanın mənəvi və mədəni dəyərlərini qoruyub saxlamaq və onu bütün dünyada tanıtdırmaqdır. Bu məqsədlə fond Azərbaycanda və eləcə də digər ölkələrdə müxtəlif mədəni, humanitar və inkişaf tədbirləri həyata keçirir.2004-cü ildən may ayının 10-dan fəaliyyətə   başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif   layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

  Fransa Azərbaycan Respublikasının müstəqilliyini tanımış ikinci ölkədir (31 dekabr 1991). Fransa səfirliyi Bakıda 1992-ci ildən fəaliyyətə başlamışdır.   Fransa həmçinin, Azərbaycan və Avropa Birliyi arasında Avropa qonşuluq siyasəti əməkdaşlığında da fəal rol oynayır.

  Müstəqillik dövründən başlayaraq ötən 20 il ərzində müxtəlif sahələrdə həmçinin, təhsil sahəsində də əməkdaşlığımız davam edir. Hal-hazırda,  fransız dili azərbaycanda tədris olunan üçüncü xarici dildir. Fransız dilinin inkişafında fransız dilli müəllimlərin formalaşması (təxminən 900-ə yaxın), 15-ə yaxın müəssisədə fransız dilinin  xarici dil kimi tədrisi, prezident aparatında azərbaycanlı gənc kadrların formalaşması böyük rol oynayır.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 3 sentyabr 1993-cü il tarixli Sərəncamla Xalq Təhsili Nazirliyi "Təhsil Nazirliyi" adı ilə yenidən təşkil edilmişdir.

Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrin əsas istiqamətləri tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulma və onların işində yaxından iştirak etməkdən ibarətdir

Təhsil Nazirliyi təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulmuş və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaratmışdır.

Təhsil Nazirliyi ABŞ, Fransa, Böyk Britaniya, Qazaxıstan, Almaniya, Rusiya, Çin, Yaponiya ilə təhsil əlaqələri yaratmış və qarşılıqlı əməkdaşlığı inkişaf   etdirmək üçün protokollar imzalamışdır.

 

 1902-ci ildə yaradılmış və 1907-ci ildən tanınmış qeyri-kommersiya xarakterli assosasiya olan Fransız Dünyəvi Missiyası 39 ölkədə yerləşən və 55 000 şagirdin təhsil aldığı 105 təhsil müəssisələri şəbəkəsini idarə edir. O eyni zamanda 8 ölkədə təhsil sahəsində 22 əməkdaşlıq fəaliyyəti də göstərir.

 FDM-in nizamnaməsinə və dəyərlərinə uyğun olaraq, məqsədi dünyada fransız dilini və mədəniyyətini yaymaq, o cümlədən dünyəvi, çoxdilli və mədəniyyətlərarası təhsili inkişaf etdirməkdir. FDM homoloqasiya almış və ya almaqda olan məktəbləri təsis edir, idarə edir və inkişaf etdirir. Onun fəaliyyəti Fransa Milli Təhsil Nazirliyitərəfindən həyata keçirilən və Fransa Xarici İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş Fransanın Xaricdə təhsil siyasətinin bir hissəsidir.