Xəbərlər


25 oktyabr tarixində BFL-də şagirdlərin iştirakı ilə Ətraf mühit və elmə aid ekologiya günü
keçirildi.
Ətraf mühitin qorunması və israfçılıq etməməyə daha diqqətli olmağın şagirdlərə aşılanması
üçün tullantıların təkrar emalını ətraflı göstərən beş emalatxana təşkil edildi.
Bu emalatxanalarda şagirdlər aşağıdakı fəaliyyətlərlə tanış oldular:
- Sumqayıtda yerləşən tullantıların təkrar emalı zavodunu ziyarət etdikdən sonra kağız və
plastikin təkrar emalı prosesləri
- Kağızın təkrar emalı emalatxanası
- Eco-Bakı cəmiyyətinin layihəsi olan plastik torbaların istifadəsini azaltmaq üçün
istifadəyə yararlı parça torbaların rənglənməsi
- “Tullantıların təkrar emalı incəsənəti” emalatxanası daha sonra isə “Tullantılardan
hazırlanmış sənət əsərləri”nin nümayişi
- Bu məqsədlə üzərində şüşə, kağız, plastik, metal qeyd olunmuş qutularda olan
tullantıların necə təkrar emal olunduğunu göstərmək üçün təşkil olunan tullantıların
çeşidlənməsi emalatxanası

Təşkil olunan bu fəaliyyət uğurla həyata keçirildi.