İbtidai məktəb

Fransada 6 - 16 yaşlı bütün uşaqlar üçün təhsil icbaridir.  Uşaqlar 3 yaşından bağçaya qəbul olunur. Onlar burada qrup halında işləməyi, özlərini ifadə etməyi öyrənirlər və 6 yaşında məktəbin CP (1-ci sinif) qrupuna qəbul olunmaq üçün hazırlaşırlar.

İbtidai məktəbin brinci sinifi olan CP qrupundan CM2 qrupuna qədər şagirdlər oxumağı öyrənirlər. Ümumilikdə ibtidai məktəbdə şagirdlər 5 il təhsil alırlar.

Bakı Fransız Liseyinin ibtidai məktəbi CP-CE1 (mərhələ 2 və ya  əsas bilik və bacarıqların əldə olunması mərhələsi: oxu, yazı və hesbalama) və CE2, CM1, CM2 ( mərhələ 3 və ya təkmilləşdirmə mərhələsi: uşaq ədəbiyyatı, məsələlərin tərtib olunması və həlli, habelə elmi və eksperimental tədqiqatlar aparmaq istəyi, yaradıcılıq və sərbəstlik) səviyyələrindən ibarətdir. 

Pedaqoji heyət fransız dili, riyaziyyat, təbiətşünaslıq, Fransa tarixi, Fransa coğrafiyası, rəsmxətt kimi fənləri fransız dilində tədris edən Fransa Milli Təhsil Nazirliyinin təyin etdiyi müəllimlərdən , Azərbaycan Təhsil Nazirliyinin  təyin etdiyi və Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edən müəllimlərdən, musiqi, bədən tərbiyəsi və ingilis dilini tədris edən yerli müəllimlərdən və eləcə də əksəriyyəti üçdilli – azərbaycan, fransız, ingilis və ya rusdilli - olan müəllim köməkçilərindən ibarətdir.

Tədris proqramları Azərbaycan və Fransa Milli Təhsil Nazirliklərinin rəsmi razılığı ilə tərtib olunur. Müfəttişlər bu porqramların düzgün həyata keçirilməsinə nəzarət edirlər.

Bu tamamlayıcı müvəffəqiyyət meyarları şagirdlərə hər iki - azərbaycan və ya  fransız - təhsil sistemində öz təhsillərini davam etdirmək baxımından açar rolu oynayır və həmin müvəffəqiyyəti əldə etmək üçün məktəb daxilində fransız dilini yeni öyrənəməyə başalayanlar üçün “Fransız dili xarici dil kimi”  dərsləri təşkil olunur. Sözü gedən  şagirdlər CE2 ( III sinif) səviyyəyə qədər qəbul olunurlar.

2013-cü ildən fəaliyyət göstərən Bakı Fransız Liseyi gənc bir məktəbdir və ibtidai məktəb onun gələcək inkişafı üçün böyük rol oynayır. Bura yuxarı siniflərdə (kollec və lisey) təhsil almaq istəyən və eləcə də xüsusi mühitdən yaralanaraq Bakıda açılacaq fransız – azərbaycan universitetinə daxil olmaq istəyən bütün şagirdlər qəbul olunur.