Xəbərlər


03.09.2018-ci il tarixində Bakı Fransız Liseyində ilk dərs günü idi. Bu münasibətlə məktəbin direktoru Filip SİRO çıxış edərək bütün şagirdlərin  yeni tədris ilini təbrik etdi və onlara uğurlar arzuladı. Sonra isə hər sinif üzrə təyin olunmuş yeni müəllimlər təqdim edildi və onların  müşaiyəti ilə uşaqlar siniflərə daxil oldular.