18 oktyabr tarixində kollec-liseyin şagirdləri 4 şagird nümayəndəsi secəcəklər ( onlardan 2-i əvəzedicidir). Bugün, 11 oktyabr Təhsil üzrə müşavir xanım Nağızadə şagirdlərə şagird nümayəndələrinin məsuliyyəti və vəzifələri barədə məlumat verdi. Onlar sinif yoldaşlarının nümayəndələri olacaq və sinif şurasının iclaslarında, eləcə də məktəb həyatında baş verən proseslərdə yaxından iştirak edəcəklər, həmçinin cənab Steinbauer tərəfindən ibtidai siniflərin şagird nümayəndəsi ilə keçirilən iclasına dəvət olunacaqlar.