Direktorun çıxışı

Bakı Fransız Liseyi (BFL) Azərbaycan və Fransa hökümətləri arasında olan sıx əməkdaşlığın bəhrəsidir. Hər iki ölkənin məqsədi valideynlərə yüksək səviyyəli beynəlxalq təhsil sistemi təklif etməkdən ibarətdir. BFL Fransız-Azərbaycan  mədəniyyətlərinə yiyələnmək istəyən bütün şagirdləri qəbul edir.

Bakı Fransız Liseyi qürur hissi ilə və böyük ruh yüksəkliyi ilə 2023-cü ilin  sentyabr ayında 10 illiyini qeyd edəcək çünki, Lisey artıq bağçadan 12 - ci sinif də daxil olmaqla bütün bölmələr üzrə homoloqasiya əldə etmişdir.

Başlıca məqsəd şagirdlərin  bağça bölməsindən 12-ci sinifədək fransız proqramına uyğun olaraq təhsil almalarını təmin etməkdir. Şagirdlər təhsillərini başa vurduqdan sonra attestat əldə edəcəklər.  Bu isə onlara istər Azərbaycan, istər fransız universitetlərinin birində, həmçinin  hər hansı bir ingilisdilli universitetdə təhsil almaq imkanı verəcək.

2022-2026-cı il məktəb layihəsi şagirdlərə innovativ, dinamik və effektiv bir təhsil sistemi vəd edir (belə ki, bu tədris ilində 9-cu sinif (14 nəfər) və 12-ci sinif (7 nəfər) şagirdləri 100% müvəffəqiyyət əldə etmişlər).

Fransa təhsil məcəlləsinə uyğun olaraq, liseyimiz bağça bölməsindən 12-ci sinifədək şagirdləri məsuliyyətli bir vətəndaş kimi yetişdirir və bütün şagirdlərin fərdi inkişafını təmin edir.

Bakı Fransız Liseyində şagird sayı ildən-ilə artır. Ümid edirik ki, tezliklə liseydə 300/350 şagird təhsil alacaq, bu isə məktəb üçün ən optimal saydır.  

Şagirdlərimizin 70%-i fransızdilli azərbaycanlılardır, digərləri isə müxtəlif milliyətlərdən olan şagirdlərdir. Bu müxtəliflik bütün məktəb ictimaiyyətində dinamiklik və açıqfikirlilik doğurur. Məktəb bütün tərəfdaşlarının üzünə açıqdır və bugün liseylə tərəfdaşları arasındakı əlaqələr getdikcə daha da möhkəmlənir (AFİ, UFAZ,132-134 saylı məktəb, məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi üçün tərəfdaşlıq).

Biz şagirdlərin müxtəlif istiqamətlərdə inkişafına - əməkdaşlıq və öyrənmək ruhunun formalaşmasına, onların fərdi və müsbət şəkildə qiymətləndirilməsinə, təhsil aldıqları dövrdə inkişafı və məktəb həyatı ilə bağı məktəb-valideyn əlaqələrinin qurulmasına xüsusi önəm veririk.

Tədris ilə bağlı təkliflər :

  • Dil siyasəti: bağçadan başlayaraq 3 dil-Fransız,İngilis və Azərbaycan dillərinin tədris olunması
  • Tədris dili fransız dilidir, fransızdilli olmayan şagirdlər üçün isə xüsusi məşğələlər həyata keçirilir. (əlavə pedaqoji məşğələlər, fransız dilinin xarici dil kimi tədrisi, teatr və s);
    • Ana dili olan Azərbaycan dilini və mədəniyyətini öyrənmək baxımından Azərbaycan dili dövlət dili kimi tədris olunur.2023-2024- cü tədris ilindən isə Azərbaycan dili azərbaycanlı olmayan şagirdlər üçün də tədris olunacaq;
    • İngilis dili bir ünsiyyət dili olaraq artırılmış saatlarla bağça bölməsindən başlayaraq tədris olunur : azərbaycanlı olmayan şagirdlər üçün “Kembric proqramı” tədris olunur.

XI-XII siniflər üçün 6 ixtisas fənni

Tarix-coğrafiya-siyasi elmlər, xarici dil və mədəniyyət, riyaziyyat, fizika-kimya, sosial və iqtisadi elmlər, biologiya.

  • Vətəndaşlıq təhsili:
    • Şagirdləri məsuliyyətli bir vətəndaş kimi yetişdirmək
    • Ümumi ictimai qaydaları təşkil etmək
    • Yaxşı ünsiyyət qurmaq

Ətraflı məlumat almaq üçün məktəb layihəsinə nəzər yetirə bilərsiniz.

 

                 Şagirdlərimizin uğuru bizim uğurumuzdur.

Hər bir şagirdin çətinliyi nəzərə alınaraq ona pedaqoji dəstək göstərilir (müəllim köməkçiləri, fərqli tədris, intensiv fransız dili dərsləri və.s).Fransız təhsil sisteminə uyğun tədris aparan bütün müəllimlər şagirdlərin inkişafi üçün müxtəlif metodlar tətbiq edirlər.

Fərqli təhsil mühiti ilə tanış olmaq üçün sizi Liseyimizə dəvət edirik.