Bakı Fransız Liseyində CNED (Məsafəli Milli Təhsil Mərkəzi) tərəfindən təsdiq edilmiş 7-ci sinifdən 10-cu sinifə qədər olan kollec/lisey şagirdləri təhsil alır. Şagird sayının az olduğunu nəzərə alaraq , saatı az olan bəzi dərslərin tədrisi iki sinfin birləşdirilməsi ilıə həyata keçirilir (məs : 6-7ci siniflər). Bütün CNED dərsləri repetitor müəllimlərin köməyi ilə tədris olunur. Bu müəllimlər Fransa Milli Təhsil Nazirliyinin və tədris etdikləri fənlərə uyğun Master2 təhsili olan fransızdilli müəllimlərdir. Şagirdlərə azərbaycanlı müəllimlər tərəfindən həyata keçirilən Fiziki tərbiyə kimi qeyri-linqvstik fənlər də tədris olunur. Liseydə iki dil-birinci xarici dil kimi ingilis dili, ikinci xarici dil kimi isə rus dili tədris olunur. Şagirdlər başqa xarici dilləri də seçə bilərlər lakin bunun üçün müəllim yoxdur. Xaricdə bütün xarici dillərin tədrisinin mümkün olmadığı aydındır. Azərbaycanlı şagirdlərə Azərbaycan proqramına uyğun olaraq Azərbaycan dili, Ədəbiyyat,Tarix,Coğrafiya kimi fənlər tədris olunur. Bu fənlərin tədrisi məcburidir. Bu müddət ərzində isə digər şagirdlərə IGCSE programına uyğun olaraq İngilis dili, Tarix, Coğrafiya, İnformatika fənləri ingilis dilində tədris olunur. 6-7 ci siniflərə teatr dərsləri də tədris olunur. İllik təqvimə uyğun olaraq şagirdlər CNED tərəfindən təqdim olunan ev tapşırıqlarına əsasən qiymətləndirilir. 9-cu sinif şagirdləri şəhadətnamə almaq üçün Tibilisidə (Gürcüstan) imtahan verirlər. Müəllimlər də həmçinin şagirdləri şifahi və yazılı olaraq sual-cavab edib qiymətləndirə bilərlər. Həmin qiymətlər və CNED tərəfindən verilən qiymətlər hesablanaraq rüblük orta qiymət müəyyən olunur. Məktəb şagirdlərin rüblük qiymət cədvəlini və CNED tərfindən göndərilmiş sənəd və qiymət cədvəllərini valideynlərə çatdırır. CNED-ə nəzarət və yuxarı sinif şagirdlərinin valideynlərinin məlumatlandırılması CNED-in aparıcı müəllimi tərəfindən həyata keçirilir. Şagirdlərin məktəblə valideynlər arasında əlaqə qurmaq üçün məktəbli kitabçası da var. Valideynlər öncədən təyin olunmuş görüşə əsasən müəllimlərlə görüşə bilərlər. Məcburi olan dərslərdən əlavə, məktəbdə bazar ertəsindən cümə gününədək saat 15:00 dan 16:00-a və ya 15:10 dan 16:30 dək dərnəklər təşkil olunur. Bu il, şagirdlərə futzal, FLE (intensiv fransız dili dərsləri), şahmat və qılıncoynatma kimi dərnəklərdə iştirak etmək təklif olunur. Biz, il ərzində, şagirdləri milli mədəniyyət, ətraf mühit, Bakıda təşkil edilən müxtəlif tədbirlər haqqında maarifləndirmək və başqalarının fikirlərinə hörmətlə yanaşmağı öyrətmək üçün pedagoji xarakterli məktəb gəzintiləri təşkil edirik. |