Xarici dillər

İngilis dili

Bakı Fransız  Liseyi Təhsil Kompleksinin ibtidai məktəb və kollec-liseyində, ingilis dili xarici dil kimi geniş və yüksək səviyyədə tədris olunur.

Ingilis dilinin məqsəd ve metodologiyasi aşağıdakılardır:

  • Öyrəndikləri sözləri cümlələrdə istifadə etmək bacarığına malik olmaq.
  • Öyrəndikləri sözlərəndən istifadə edərək bir-biri ilə ingilis dilində ünsiyyət qurmaq bacarığına nail olmaq.
  • İlkin qrammatik biliklər əldə edərək danışıq bacarıqlarını inkişaf etdirmək.

 

İngilis dili  Beynelxalq Tədris Sisteminə əsaslanan xüsusi program üzrə tədris olunur.

İbtidai məktəbdə, şagirdlərin dil səviyyələrinə uyğun olaraq müxtəlif dərsliklərdən (kitablar, romanlar, əlavə məlumatlar) istifadə olunur.

Şagirdlərin dil bacarıqlarını daha da inkisaf etdirmək üçün müxtəlif oyunlardan da istifadə olunur.

Kollec-lisey şagirdləri üçün dil səviyyəsi CAMBRİDGE-n imtahanları vasitəsilə təyin olunur və sertifikatlaşır.