İngilis dili Bakı Fransız Liseyi Təhsil Kompleksinin ibtidai məktəb və kollec-liseyində, ingilis dili xarici dil kimi geniş və yüksək səviyyədə tədris olunur. Ingilis dilinin məqsəd ve metodologiyasi aşağıdakılardır:
İngilis dili Beynelxalq Tədris Sisteminə əsaslanan xüsusi program üzrə tədris olunur. İbtidai məktəbdə, şagirdlərin dil səviyyələrinə uyğun olaraq müxtəlif dərsliklərdən (kitablar, romanlar, əlavə məlumatlar) istifadə olunur. Şagirdlərin dil bacarıqlarını daha da inkisaf etdirmək üçün müxtəlif oyunlardan da istifadə olunur. Kollec-lisey şagirdləri üçün dil səviyyəsi CAMBRİDGE-n imtahanları vasitəsilə təyin olunur və sertifikatlaşır. |