Məktəb yeməkxanası

Yeməkxana Bakı Fransız Liseyinin xidmətləri siyahısına daxildir.Yeməkxana xərcləri illik təhsil haqqına daxildir. Bağçada gündə üç dəfə, yuxarı siniflərdə isə gündə bir dəfə yemək verilir. Yemək menyusu bir həftəlik hazırlanır, rəhbərlik tərəfindən müzakirə olunaraq təsdiq olunur və liseyin girişindəki elan lövhəsində yerləşdirilir. Menyuların tərtib olunmasında valideynlərin də rəyi alınır. Yeməklərin hazırlanmasında istifadə olunan məhsullar beynəlxalq keyfiyyət standartlarına uğundur. Menyular Azərbaycan Respublikasının məktəb yeməkxanaları barəsində olan qanunvericiliyinə uyğun tərtib olunur.

 

Bağçada, səhər yeməyində süd məhsullarının istifadəsi üstünlük təşkil edir. Günorta yeməyi iki çeşid əsas və sulu yeməkdən və salatlardan ibarətdir. Bu bağça və yuxarı siniflər üçün nəzərdə tutulub. Desert kimi meyvə salatı və şirniyyat verilir. Şagirdlər təklif olunan yeməklər arasından öz istəklərinə uyğun seçim edirlər

 

Düzgün və sağlam qidalanmanı təmin etmək üçün məktəbimiz  yeməklərin hazırlanmasına xüsusi diqqət ayırır.