Bağça

Fransada bağçanın rolu böyükdür. O uşaqlarda təlim-təbiyənin formalaşmasında iştirak edir.

Bağçanın dərs saatları ibtidai məktəbdə olduğu kimi saat 08:30-dan 12:00 və 13:20-dən 15:00-dəkdir. Saat 15:00-dan 19:00-dək isə növbətçi müəllimlər övladlarınıza nəzarət edirlər.

Proqram beş bilik və bacarıq üzərində qurulub:

  • Yazılı və şifahi nitq
  • Alətlərlə tanışlıq və onların quraşdırılması
  • Ətrafla tanışlıq
  • Fiziki fəaliyyətlə məşğul olaraq bədən üzvlərini öyrənmək
  • Bədii məşğələlər vasitəsilə yaratmaq və kəşf etmək

Tədris,  fransız təhsil sistemindən asılı olmayan fransız müəllim tərəfindən həyata keçirilir. Birinci səviyyədə, ardıcıl olaraq Ən Kiçik qrupdan Böyük qrupa qədər tədrisin mərhələli şəkildə həyata keçirilməsi uşaqlara bütün bu sahələrdə bilik və bacarıqlar əldə etməyə icazə verir. Şagird olmaq və sosiallaşmaq birinci səviyyənin özülünü təşkil edir.

Əgər siz proqramlar haqqında ətraflı məlumat etmək istəyirsinizsə, Fransa milli təhsil nazirliyinin saytına müraciət edə bilərsiniz:

http://www.education.gouv.fr/cid33/la-presentation-du-programme-a-l-ecole-maternelle.html

Bağçada təhsil alan uşaqlar ikinci səviyyəyə keçmək üçün həm “şagird” kimi yetişir, həm də ilkin biliklər əldə edirlər.

Frankafon olmayan uşaq üçün fransız məktəbinin bağça bölməsində təhsil almaq öncə şifahi danışığı öyrənməyə, sonra isə öyrəndikllərini birinci sinifdə (CP) yazı vasitəsilə möhkəmləmdirməyə imkan verir. Bu hər hansı bir dilin öyrənilməsində ən əsas mərhələdir.