Bakı Fransız Liseyi (BFL) təklif edir:

 

Uşaq bağçası: Uşaqlar bağçaya 2 yaşdan etibarən qəbul olunurlar (uşaqlar sentyabr ayında dərsə gələndə 2 yaşları tamam olmalıdır və uşaq bezindən istifadə etməməlidirlər). Uşaqlar fransız dilindən test imtahanı olmadan götürülür. Bağçanın dərs cədvəli iki yerə bölünür : 1) Saat 08:00-dan 15:00-a qədər. Bu müddət ərzində səhər və günorta yeməkləri verilir. Dərslər saat 08:30-da başlayır və 15:00-da bitir. 2) Saat 08:00- dan 19:00-dək. Burada saat 15:00-dək dərs keçirilir, 15:00-dan 19:00-a qədər isə uşaqlar üçün oyunlar təşkil olunur. Saat 16:15-də şam yeməyi verilir. Bağçanın istirahət günləri şənbə və bazar günləridir. Məktəb tətillərində və dövlət bayramları günlərində bağça fəaliyyət göstərmir. Uşaqlar sinifə yalnız 08:00-dan 08:30-dək qəbul olunur. Saat 15:00-dan sonra qalan uşaqlar, təşkil olunan oyun və məşğələlərin gedişatına mane olmamaq üçün valideynlərinə hər 30 dəqiqədən bir təhvil verilir.

İbtidai məktəb: Şagirdlər 6 yaşdan etibarən qəbul olunurlar. Fransız dilini bilmə səviyyəsinə tələb sinifdən asılı olaraq müxtəlifdir. Dərslər 08:30-da başlayır və 15:00-da başa çatır. 15:00-dan sonra şagirdlər təşkil olunan müxtəlif dərsdənkənar məşğələlərdə iştirak edə bilərlər.

Kollec və Lisey: Kollecdə şagirdlərə dərslər siniflərində birbaşa tədris olunur. Liseydə isə dərslər Milli Məsafəli Təhsil Mərkəzi (CNED) tərəfindən tədris edilir. Fransız dilini bilməyən uşaqlar qəbul edilmirlər. Dərslər 08:30-da başlayır və 15:00-da başa çatır. Dərsdən sonra şagirdlər təşkil olunan müxtəlif dərsdənkənar məşğələlərdə iştirak edə bilərlər. Azərbaycanlı şagirdlər üçün məcburi olan Azərbaycan dili, Ədəbiyyatı, Coğrafiyası və Tarixi fənləri həftə ərzində saat 15:00-dan 16:45-dək keçirilir. Beləliklə şagirdlər məktəbi bitirərkən Azərbaycanın və Fransanın attestatlarını alırlar.

İlkin qeydiyyat haqqı – 600 AZN. Yalnız Liseyə ilk dəfə qeydiyyata düşərkən ödənilir və geri qaytarılmır.

Təkrar qeydiyyat haqqı ( ötən ilin şagirdləri üçün ) 200 AZN – dir və geri qaytarılmır.

 

İllik təhsil haqqı:

                                      Azərbaycan vətəndaşları üçün        Xarici vətəndaşlar üçün

Bağça

8000 AZN

4550 Avro

İbtidai məktəb

15000 AZN

8500 Avro

Kollec və Lisey

16100 AZN

9150 Avro

11-12-ci siniflər

19000 AZN

9950 Avro

 

BFL Azərbaycan qanunları və Fransa Təhsil Nazirliyinin proqramları əsasında fəaliyyət göstərir. Liseydə dərslər fransız dilində tədris olunur. Pedaqoji heyət beynəlmiləldir. Liseyin bütün pedaqoji məsələləri Fransa vətəndaşı olan direktor, maliyyə-təsərrüfat məsələləri isə Azərbaycan vətəndaşı olan menecer tərəfindən qarşılıqlı əməkdaşlıq əsasında idarə olunur. Lisey ən müasir tədris və ofis avadanlıqları, cihazları, vəsaitləri ilə təchiz edilmişdir.

Tətillər Fransa Milli Təhsil Nazirliyinin təsdiq etdiyi proqram və Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi bayramlar qrafiki üzrə həyata keçirilir.

BFL-in ali idarəetmə orqanı İdarəetmə Komitəsidir (İK). İK-nın 4 üzvü var:

  1. Sədr – SOCAR-ın nümayəndəsi
  2. Sədr müavini – Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi
  3. Xəzinədar – Heydər Əliyev Fondunun nümayəndəsi
  4. Katib – Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi

Liseylə əlaqə vasitələri:

Tel: 012 404 13 40

Tel: 050 274 37 10

E-mail: Lycée Français de Bakou lyceefrancaisbakou@gmail.com;